Türkiyədə toylarla bağlı yeni qərarlar - Yemək və rəqs qadağandır

DÜNYA
10:13
26 Avqust 2020
812

Türkiyənin 14 vilayətində bu gündən toy, nişan, xınayaxdı və bu kimi mərasimlərə məhdudiyyətlər tətbiq olunacaq.

Sabah.az xəbər verir ki, ölkənin Daxili İşlər nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq keçirilməyəcək.

Qadağalara görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq.

Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.

Həmçinin, məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunmalıdır. 

Xəbər lenti