AZAL bu şəhərlərə səyahət etmək istəyənlərə müraciət etdi

TURİZM
16:40
25 Avqust 2020
219

“Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran sərnişinlərə müraciət edib.

Sabah.az xəbər verir ki, müraciətdə deyilir:

“Bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərsiniz. Beləliklə, ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə bilərlər. Bu qayda təyyarə salonunda sıxlığı minimuma endirmək və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etmək üçün əl yükünə aid olan əşyaların baqaja təhvil verilməsini nəzərdə tutur”.

Xəbər lenti