Bu il iyunda ölənlərin sayı niyə artıb?
"Ötən illə müqayisədə bu il iyun ayında ölənlərin sayının 2 min çox olmasının bir neçə səbəbi var".
Sabah.az xəbər verir ki, bunu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.
O bildirib ki, ötən illə müqayisədə bu il iyun ayında ölənlərin sayının 2 min çox olmasının bir neçə səbəbi var: "Bu ölüm faktının Ədliyyə Nazirliyində qeydə alınmasının gecikməsinə görə ola bilər. Həmçinin, koronavirusa görə xəstə olmayıb stress keçirənlər də, virusa görə xəstəxanaya müraciət etməkdən qorxanların ölməsinə görə də say arta bilər".
Daha çox