Lukaşenko Belarusdakı qarışıqlığa görə Amerikanı ittiham etdi

DÜNYA
16:12
21 Avqust 2020
859

Belarus Prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatlarını (ABŞ) ölkədə etiraz aksiyalarının təşkil edilməsində günahlandırıb.

Sabah.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hər şey ABŞ tərəfindən planlaşdırılaraq istiqamətləndirilir, avropalılar isə dəm tuturlar.

Varşava ətrafında xüsusi mərkəzin yaradıldığını vurğulayan Lukaşenko bildirib ki, prosesə nəzarət edilir, onların nə ilə məşğul olduqları bəllidir.

O qeyd edib ki, Qərb ölkələri Belarusdan Rusiyaya qarşı istifadə etməyə cəhd edirlər: “Bu tələni bizim üçün hazırlayıblar. Rusiya da bizi itirməkdən qorxub. Qərb bizi Rusiyaya qarşı çevirmək istəyib. Hazırda onlar Baltik-Qara dəniz dəhlizini, üç Baltikyanı ölkə, bizim və Ukraynanın olduğu sanitar kordonu yaratmaq istəyirlər. Biz burada bir həlqə kimi qalmışıq”.

Xəbər lenti