“Səlahiyyətlərimi təhvil verməyə hazıram”

DÜNYA
16:13
17 Avqust 2020
767

“Yeni konstitusiyanın qəbulundan sonra səlahiyyətlərimi təhvil verməyə hazıram”.

Sabah.az xəbər verir ki, xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə bildirib.

A.Lukaşenko ona konstitusiyanın iki variantının təqdim edildiyini, lakin hazırkı konstitusiyadan çox az fərqləndiyi üçün hər ikisini rədd etdiyini bildirib. Həmçinin hazırda konstitusiyanın üçüncü variantının hazırlanmasının üzərində iş getdiyini açıqlayıb.

"Bizə yeni bir konstitusiya lazımdır. Gəlin oturun və bir konstitusiya üzərində işləyin, referenduma təqdim olunsun. Səlahiyyətlərimi konstitusiya uyğun olaraq təhvil verəcəyəm. Amma təzyiq altında və ya küçə etirazları ilə yox", -deyə Lukaşenko bildirib.

Xəbər lenti