Belarus hökuməti istefa verdi
11:40
17 Avqust 2020
635Belarus hökuməti prezident seçkilərinin rəsmi olaraq qalibinin elan edilməsindən əvvəl istefaya gedib.
Sabah.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkə konstitusiyasının 106-cı maddəsinə və “Belarus Respublikasının Nazirlər Şurası haqqında” qanunun 9-cu maddəsinə uyğun olaraq hökumət yeni seçilmiş Prezidentə istefasını təqdim edir.
Qeyd edək ki, avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə keçirilən kütləvi etiraz mitinqlərinə baxmayaraq, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyini açıqlayıb.
Daha çox