Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

DÜNYA
14:47
17 Avqust 2020
648

Rusiyada son sutka ərzində daha 4 892 nəfərdə "COVID- 19"a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 927 min 745-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ötən gün ərzində xəstəlik səbəbindən daha 55 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 740-a çatıb. Ümumilikdə 736 min 101 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 5 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Ölkə üzrə yoluxanların sayı 1 341 nəfərdir. Sutka ərzində ölüm faktı qeydə alınmayıb. Ümumilikdə xəstəlik səbəbindən 17 nəfər həyatını itirib, 1 092 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son 24 saat ərzində daha 165 nəfər koronavirus səbəbindən həyatını itirib.

Son sutka ərzində ölkə üzrə 2 247 nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 19 min 804 nəfərə, yoluxanların sayı isə 345 min 450 nəfərə çatıb.

Ermənistanda sutka ərzində daha 38 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 41 701-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 824-ə çatıb. Ümumilikdə 34 655 pasiyent müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.

Xəbər lenti