Azərbaycana avtomobili ilə geri qayıtmaq istəyənlər nə etməlidir?

TURİZM
13:51
15 Avqust 2020
242

“Türkiyədə olan vətəndaşların avtomobili ilə geri qayıtması ilə bağlı xüsusilə pandemiyanın başladığı ilk dövrlərdə bu kimi müraciətlərlə çox üzləşmişdik. O zaman xüsusi icazələr təşkil olundu. Bir neçə dəfə xüsusi avtobuslar ayrılmışdı ki, həmin avtobuslar vasitəsilə vətəndaşlarımız Türkiyədən Gürcüstana və Gürcüstandan Azərbaycana gətirilməsi təmin olunsun. Hazırda belə müraciətlər Operativ Qərargahda yoxdur”.

Sabah.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, avtomobili ilə Türkiyədən ölkəyə qayıtmaq istəyən şəxslərin Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etməsi lazımdır:

“Xahiş edərdik ki, həmin şəxslər Türkiyədəki səfirliyimizlə əlaqə saxlasınlar. Belə olduğu halda, müəyyən qaydalar çərçivəsində vətəndaşlarımızın tranzit yolla Gürcüstana daxil olması, oradan isə ölkəyə gətirilməsi üçün həmin ölkələrlə əlaqələndirilə və icazələrin alınmasına çalışıla bilər”.

Xəbər lenti