Türkiyədə də yeni tədris ilinin başlayacağı tarix bəlli oldu

DÜNYA
09:30
13 Avqust 2020
514

Türkiyədə məktəblər avqustun 31-də açılacaq və dərslər distant (onlayn) keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk verib.

Bildirib ki, məktəblərin tədrisə açılması 21 sentyabrda nəzərdə tutulub. Özəl məktəblər isə təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.

Qeyd edək ki, Azərbaycanla qonşu olan ölkələrdən Rusiyada yeni tədris ilinin sentyabrın 1-i, Gürcüstanda isə sentyabrın 15-i başlayacağı açıqlanıb.

Xəbər lenti