Ermənistanda fövqəladə vəziyyət rejimi uzadıldı

DÜNYA
12:05
12 Avqust 2020
401

Ermənistanda pandemiya səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi sentyabrın 11-nə qədər uzadılıb.

Sabah.az xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən növbədənkənar iclası zamanı verilib. Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan qeyd edib ki, uzadılmaya səbəb yeni yoluxma sayının azalmasına baxmayaraq koronavirusdan ölüm nisbətinin yüksək olaraq qalması olub.

Qeyd edək ki, Ermənistandan fövqəladə vəziyyət rejiminin müddəti bu gün başa çatırdı. Ölkədə ümumi yoluxma sayı 40 min 794 nəfər, qeydə alınan ölüm faktı isə 806 nəfərdir.

Xəbər lenti