"Türkiyə və Azərbaycan arası səfərlərdə pasporta ehtiyac olmamalıdır"

DÜNYA
17:41
11 Avqust 2020
755

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında konsulluq və viza sahəsində atılacaq addımlar açıqlanıb.

Sabah.az xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu sahədə əməkdaşlığın davam etdiyini və gələcəkdə viza sahəsində önəmli addımların atılacağını bildirib.

"Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı səfərlərdə pasporta ehtiyac duymamalıdır. Biz bu əməkdaşlığı Gürcüstan və Ukrayna ilə reallaşdırdıq. Zatən yeni vəsiqələrdə bütün məlumatlar olduğuna görə, artıq şəxsiyyət vəsiqəsi ilə səyahətə icazə verilməsi ilə bağlı təkliflərimizi təqdim etdik. Bunları da həyata keçirəcəyik", -deyə Çavuşoğlu qeyd edib

Xəbər lenti