ÜST ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirdi

DÜNYA
16:59
11 Avqust 2020
808

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib.

Sabah.az xarici KİV-ə istinadən verdiyi xəbər verir ki, ÜST-nin sözçüsü Tarik Yasareviçin sözlərinə görə, Rusiya istehsalı koronavirus peyvəndinin ÜST standartlarına uyğun olub-olmaması müzakirə olunur.

“Biz Rusiyanın səhiyyə rəsmiləri ilə yaxın əlaqədəyik. Peyvəndin ÜST-ün standartlarına uyğun olub-olmaması ilə bağlı müzakirələr davam edir. Lakin yenə də qeyd edirəm ki, hər hansı bir peyvəndlə bağlı ilkin dəyərləndirmə tələb olunan bütün təhlükəsizlik və effektivlik məlumatlarının ciddi şəkildə nəzərdən keçirilməsini və qiymətləndirilməsini əhatə edir”, - deyə ÜST-ün sözçüsü bildirib.

Qeyd edək ki, bu gün Rusiyada dünyada ilk dəfə olaraq koronavirusa qarşı peyvənd qeydiyyatdan keçib. Peyvəndin qeydiyyatdan keçdiyini Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə elan edib.

Xəbər lenti