İlk koronavirus vaksini qeydiyyatdan keçdi - Putinin qızına da vurulub

DÜNYA
13:35
11 Avqust 2020
927

Dünyada ilk dəfə Rusiyada koronavirus vaksini qeydiyyatdan keçib.

Sabah.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşdə elan edib.

“Bildiyim qədəri ilə dünyada ilk dəfə yeni koronavirus infeksiyasına qarşı vaksin qeydiyyatdan keçir”, - deyə Putin bildirib.

Qızlarından birinin koronavirusa qarşı peyvənd olunduğunu qeyd edən Rusiya lideri vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə, növbəti gün isə 37 dərəcə olub.

Xəbər lenti