Livan hökuməti istefa verdi

DÜNYA
19:59
10 Avqust 2020
453

Livan hökuməti istefa verib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Səhiyyə naziri bildirib.

Beləliklə, Livan hökuməti cümə günündən kütləvi toqquşmalara çevrilən mitinqlərə çıxan yerli sakinlərin tələblərindən birini yerinə yetirəcək. Onlar, həmçinin parlamentin buraxılmasını və islahatların keçirilməsini tələb edirdilər.

Cümə günü mitinqçilər dörd nazirliyin binasını ələ keçirmişdilər, amma ordu onları hökumət komplekslərindən çıxarmağa müvəffəq olmuşdu.

Livan DİN-dən verilən məlumata görə, iğtişaşlar nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, 700-dən çox insan xəsarət alıb.

Qeyd edək ki, avqustun 4-də baş verən partlayışda 200 nəfərin həlak olduğu, onlarla insanın itkin düşdüyü, 6 minədək insanın yaralandığı bildirilir. Partlayışdan sonra ölkədə nümayişlər keçirilir.

Xəbər lenti