Türkiyədə karantin yenidən bərpa edildi

DÜNYA
11:59
7 Avqust 2020
415

Bu gündən Türkiyədə karantin tədbirləri yenidən tətbiq edilməyə başlanıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda bildirilir ki, bu gün saat 09:30-dan etibarən 32 əyalət, 4 şəhər, 37 kənd, 39 məhəllə və 3 kənd daxil olmaqla ümumilikdə 83 yaşayış məntəqəsində karantin tədbirləri həyata keçirilir.

Bildirilib ki, bu karantin tədbirləri ölkə əhalisinin 54 min 53 nəfərini əhatə edir.

Açıqlamada, həmçinin qeyd olunub ki, ölkədə koronavirus epidemiyası zamanı bu günə qədər 68 əyalət, 5 rayon (3 rayon və 2 rayon mərkəzi), 24 şəhər, 354 kənd, 352 məhəllə və 53 yaşayış məntəqəsi daxil olmaqla ümumilikdə 788 yaşayış məntəqəsində 623 766 nəfərə karantin tətbiq edilib.