Beyrutdakı partlayışda 6 Türkiyə vətəndaşı yaralanıb

DÜNYA
12:49
5 Avqust 2020
469

Beyrutda baş vermiş partlayış nəticəsində yaralanan Türkiyə vətəndaşlarının sayı 6 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdə bildirib.

Nazirin sözlərinə görə, vəziyyəti ağır olan yaralılardan biri əməliyyat olunub, hazırda onun səhhəti normaldır. Digər 5 türk vətəndaşı isə yüngül xəsarət alıb.

Qeyd edək ki, ötən gün Beyrut limanındakı güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4000-dən çox insan isə yaralanıb.

Xəbər lenti