Gürcüstanda yeni tədris ilinin başlayacağı tarix açıqlandı

DÜNYA
12:09
5 Avqust 2020
591

Gürcüstanda yeni tədris ili sentyabrın 15-də başlayacaq.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Mixail Çxenkeli açıqlama verib.

Onun sözlərinə görə, mövcud epidemioloji vəziyyət tədris ilinin həmişəki kimi 15 sentyabrda başlanmasına imkan verir.

“Sinif otaqlarında və məktəb siniflərində tədris ili sentyabrın 15-də başlayacaq, buna baxmayaraq, biz bütün ssenarilərə hazırıq”,- deyə nazir qeyd edib.

Xəbər lenti