Partlayışda ölən ermənilərin sayı artdı - Yenilənib

DÜNYA
10:54
5 Avqust 2020
513

Beyrut limanında baş verən partlayışda 3 erməni ölüb.

Sabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan feysbukda bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni yaralanıb: “Bu rəqəmlər arta bilər, çünki xeyli sayda itkin düşmüş insanlar var”.

***

Beyrut limanında baş verən partlayışda ölən ermənilərin sayı artıb.

Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, partlayışda ölən ermənilərin sayı 6 nəfərə çatıb.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Xəbər lenti