Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?

DÜNYA
15:30
4 Avqust 2020
426

Rusiyada son sutka ərzində daha 5 159 nəfərdə "COVID- 19"a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 861 min 423-ə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ötən gün ərzində xəstəlik səbəbindən daha 144 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 14 min 351-ə çatıb. Ümumilikdə 661 min 471 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 3 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 1 182-ə çatıb. Xəstəlik səbəbindən 17 nəfər həyatını itirib, 962 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son 24 saat ərzində daha 212 nəfər koronavirus səbəbindən həyatını itirib.

Son sutka ərzində ölkə üzrə 2 751 nəfərdə virus aşkarlanıb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 17 min 617 nəfərə, yoluxanların sayı isə 314 min 786 nəfərə çatıb.

Ermənistanda sutka ərzində daha 196 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 39 298-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 768-ə çatıb. Ümumilikdə 30 372 pasiyent müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 12 avqusta qədər uzadılıb.

Xəbər lenti