Londonda məscidin axundu namaz qılarkən bıçaqlandı - Foto
İngiltərənin London şəhərində yerləşən məsciddə qanlı hadisə baş verib.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, London Mərkəzi Məscidində axund namaz zamanı bıçaqlanıb.
Bildirilir ki, 70 yaşlı dindara hücum edən şəxs ibadət vaxtı onun arxasında əyləşib və boyun nahiyəsinə bir neçə dəfə bıçaq zərbəsi vurub.
Polis axunduna xəsarət yetirən şəxsi həbs edib. Onun müntəzəm olaraq, həmin məscidə gəldiyi deyilir.
Yaralının vəziyyətinin qənatbəxş olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Daha çox