İraq İranla sərhədi bağladı - Koronavirusa görə

DÜNYA
21:20
20 Fevral 2020
75

İraq koronavirus (Kovid-19) səbəbilə İranla sərhəddəki keçid məntəqəsini bağlayıb.

Sabah.az “Ria Novosti”yə istinadən xəbər verir ki, sözügedən ölkənin cənub-şərqindəki Maysan əyalətində yerləşən “Əş-Şib” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

Bildirilir ki, İraq Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında Maysan əyalətinin qubernatoru həmin keçid məntəqəsini bağlamaq qərarını verib. Məlumata görə, oradan ölkə ərazisinə yalnız diplomatlar və İraq vətəndaşları keçə bilərlər.

Xatırladaq ki, dünən İranın Qum şəhərində koronavirusa yoluxan iki nəfər dünyasını dəyişib.

Xəbər lenti