Koreyada qadağalarsız koronavirusa yoluxma necə azaldı? - Video

DÜNYA
09:20
29 İyul 2020
726

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ölkəsinin koronavirusla mübarizədə təcrübəsini bölüşüb.

Sabah.az xəbər verir ki, bu barədə səfir AzTV-nin "Koronavirus İnfo" verilişinə müsahibəsində danışıb:

“Bizim çox güclü 3T sistemimiz var idi: test, izləmə və müalicə . İnanırıq ki, 3T hər hansı yoluxucu xəstəliyə qarşı mübarizənin həll yoludur. 2015-ci ildə MERS xəstəliyinin yayılması ilə bağlı pis bir təcrübə yaşadıq və o zaman həyata keçirdiyimiz tədbirlər səmərəli olmadı. Ancaq biz bu təcrübədən öyrəndik və bundan sonra xəstəliklərə qarşı mübarizə infrastrukturunu və hüquqi bazanı inkişaf etdirdik. Beləliklə, bu təcrübədən öyrənərək qorxulu infeksiyanın öhdəsindən gəldik.

Keçmiş təcrübələr və dərslər bu dəfə tam sınaqdan keçirildi və biz uğur qazandıq.

Xəstələri və onların yaxın təmasda olduqları şəxsləri müəyyən etməklə virusu mümkün qədər erkən izləmək və təcrid etməklə cəmiyyətin qalan hissəsində hərəkət azadlığını qorumağa qadirik. Cəmiyyətin sosial-iqtisadi həyatında hər hansı məhdudiyyətlərə getməməkdən ötrü xəstəliyi lokallaşdırmaq, yoluxan şəxsləri təcrid etmək və karantində saxlamaq labüddür”.

Kim Tonq Op ölkəsində xəstəliklə mübarizə məqsədilə hüquqi bazanın möhkəmləndirilməsindən də danışıb:

“2015-ci ildən sonra hüquqi bazanı gücləndirmək üçün biz yeni qan un qəbul etdik: Xəstəliklərə nəzarət qanunu. Bu qanuna əsasən hökumət səhiyyə vəziyyəti, xəstələrin sayı və xəstələrin hərəkəti barədə ictimaiyyəti məlumatlandırmaq üçün məsuliyyət daşıyır. Hər şey hökumətdən və insanlardan asılıdır”.

Xəbər lenti