“Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan

DÜNYA
19:23
28 İyul 2020
484

“Türkiyə olaraq mədəniyyətimizdən aldığımız ilhamla haqq, həqiqət, ədalət və sülh uğrunda apardığımız mübarizəni daima daha irəliyə aparmaq əzmindəyik”.

Sabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətindəki Panaqiya monastırı və Ayasofya məscidindəki bərpa işlərinin ikinci mərhələsinin başa çatmasına dair videokonfrans formatında təşkil olunmuş mərasimdə çıxış edərkən deyib:

“Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”.

Xəbər lenti