Gürcüstanın Baş Naziri Serbiya silahlarının Ermənistana daşınmasına münasibət bildirdi

DÜNYA
14:25
24 İyul 2020
333

“Gürcüstan və Azərbaycan arasında heç bir anlaşmazlıq yoxdur, bizim strateji tərəfdaşlığımızı, qardaşlığımızı heç nə təhdid etmir”.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria jurnalistlərə açıqlamasında deyib.

Baş Nazir qeyd edib ki, Serbiyadan Gürcüstan ərazisi ilə Ermənistana silah-sursat daşınması ilə bağlı xəbərlər qeyri-dəqiqdir.

“Gürcüstanın heç bir siyasi problemi olmayacaq, çünki biz vəzifələrimizi beynəlxalq hüquq normalarına uyğun yerinə yetiririk. Əvvəla, bu, yalnız və yalnız media tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatdır. Bu məlumat iki ölkə arasında müzakirə mövzusu olacağı zaman maraq doğuracaq. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq, üstəlik qardaşlıq heç bir şeylə təhdid edilmir. Bu yüksək keyfiyyətli əlaqələrimizi heç nə ilə təhdid etmək mümkün deyil. Sizin haqqında danışdığınız fotolara gəlincə isə, siz o fotonu görmüsünüz? Fotodakı normal bir yük maşınıdır və heç nə daşımır”, - deyə Baş Nazir vurğulayıb.

Xəbər lenti

13:15 8 Avqust 2020
13:48 7 Avqust 2020
09:37 7 Avqust 2020