Türkiyədən Ermənistana sərt cavab

DÜNYA
11:40
16 İyul 2020
124

“Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Bildirilib ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün riyakar qaralama kampaniyasını Türkiyəyə qarşı da yönəldir. Qeyd olunub ki, Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq aşkar ortaya qoyur:

“Kontekstdən ayrılan bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Bu cür yanaşma kimliyini təktərəfli tarix anlayışından sadəcə düşmənçilik çıxararaq yaradan və beynəlxalq hüquqa zidd təcavüz siyasətini qanuni göstərməyə çalışan bir zehniyətin təzahürüdür. Təcavüzkar milliyətçiliyi alovlandıran bu şikəst yanaşma üzücüdür, ancaq təəccüblü deyil”.

Qeyd edək ki, Ermənistan XİN Türkiyəni Azərbaycana açıq dəstək verdiyinə görə ittiham edib.

Xəbər lenti