Ermənistan itkilərini etiraf etməyə davam edir - Adlar açıqlandı

DÜNYA
18:40
14 İyul 2020
331

Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə itkilərini etiraf etməyə davam edir.

Sabah.az APA-ya istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edilib.

Ş.Stepanyan bundan əvvəl bir mayor və bir kapitanın döyüşdə öldürüldüyünü açıqlamışdı.

Xəbər lenti