"Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil" - Çavuşoğlu+Video

DÜNYA
15:12
13 İyul 2020
194

“Ermənistan Tovuz istiqamətində xaincəsinə hücum edib. Dörd azərbaycanlı qardaşımız şəhid olub. Əlbəttə ki, Azərbaycan Ordusu lazımi cavabı verib və düşməni geri oturdub”.

Sabah.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir:

“Ermənistan bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmayıb. Beynəlxalq ictimaiyyətin səmimi və qeyri-səmimi cəhdləri olub. Lakin Ermənistan indiyədək heç bir həll yoluna yanaşmayıb. Ermənistanın etdiyi qəbuledilməzdir. Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”.

 

Xəbər lenti

13:41 4 Avqust 2020
10:10 4 Avqust 2020
09:42 4 Avqust 2020
09:29 4 Avqust 2020
17:50 3 Avqust 2020
17:21 3 Avqust 2020
16:11 3 Avqust 2020
13:21 3 Avqust 2020