İmtahanda ən çox bal toplanan məktəblər açıqlandı, 10 nəticə ləğv edildi

TƏHSİL
01:12
1 İyul 2020
566

İyunun 10-da və 11-də keçirilən 11-ci siniflər üçün buraxılış imtahanında yüksək nəticə göstərən məktəblər açıqlanıb.

Sabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan iştirakçıları arasında 1 nəfər – Abşeron rayonu Xırdalan şəhər 1 saylı orta məktəbin məzunu toplanıla biləcək maksimal nəticə – 300 bal toplayıb.

İkinci ən yüksək nəticəni 297.7 bal toplayan Bakı şəhəri 36 saylı orta məktəbin məzunu göstərib.

Bundan əlavə, 4 nəfər (Qəbələ rayonu Vəndam qəsəbəsi 1 saylı orta məktəbin, Qubadlı rayonu 3 saylı şəhər orta məktəbin, Bakı şəhəri 57 saylı orta məktəbin, Bakı şəhəri 178 saylı orta məktəbin məzunları) 297.1 bal toplayıb.

Eyni zamanda yayılan məlumatda bildirilib ki, imtahanlarda iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.

Xəbər lenti