Avropa İttifaqı bu ölkələrlə sərhədlərini açır

DÜNYA
21:18
30 İyun 2020
455

Avropa İttifaqı (Aİ) Şurası iyulun 1-dən vətəndaşları üçün sərhədlərini açacağı ölkələrin siyahısını razılaşdırıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya və ABŞ kimi nəhəng ölkələrin olmadığı siyahıda Gürcüstan, Avstraliya, Kanada, Yaponiya, Monteneqro, Mərakeş, Əlcəzair, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tayland, Tunis və Uruqvay yer alıb.

Eyni zamanda qeyd olunub ki, qarşılıqlı şəkildə olacaqsa, Çinlə də sərhədlər açıla bilər.

Xəbər lenti