Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

DÜNYA
23:23
27 İyun 2020
453

Dünya üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 milyonu ötüb.

Sabah.az xəbər verir ki, bu barədə “Worldometers” saytında məlumat verilib.

Bildirilib ki, indiyə kimi koronavirus aşkarlanan şəxslərin sayı 10 005 710 nəfərdir. Onlardan 498 996-sı ölüb, 5 414 897-i sağalıb.

Amerika Birləşmiş Ştatları yoluxanların (2 582 008) və ölənlərin (127 973) sayına görə dünyada birinci yerdədir.

Xəbər lenti