Bu dərsliklər yenidən hazırlanacaq - Video

TƏHSİL
22:44
27 İyun 2020
126

Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq. Bəzi dərsliklərin isə tərtibatı dəyişdiriləcək.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, I siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat" dərslikəri bu il ilk dəfə olaraq 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva qeyd edib ki, bəzi dərsliklər bu tədris ilində ilk dəfə olaraq şagirdlərin istifadəsinə veriləcək.

Yeniliklərdən biri də odur ki, I, V və IX siniflər üçün yeni hazırlanan xarici dil dərsliklərinin hər birinə şagirdlərdə dinləyib anlama vərdişlərini inkişaf etdirmək üçün müvafiq audio fayllar əlavə ediləcək. Bu audio fayllar yeni tərtib edilən musiqi dərslikləri üçün də hazırlanacaq.

Bu il eyni zamanda ümumilikdə birinci sinif dərslikləri üçün bütün öyrədici materiallar dərslik üzərində işləməklə həyata keçiriləcək. Yəni dərsliklər üzərində yazı yazmaq mümkün olacaq və bu dərsliklər birdəfəlik istifadə üçün nəzərdə tutulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti

17:58 13 İyul 2020
13:30 11 İyul 2020
10:03 11 İyul 2020
18:53 10 İyul 2020