Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı bilindi

TƏHSİL
13:28
19 Fevral 2020
74

Dövlət İmtahan Mərkəzi ali, ümumi və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun  vaxtını açıqlayıb.

Sabah.az xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün (I – V qruplar) ərizə qəbulu martın 16-dan aprelin 14-dək aparılacaq.

11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasından isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

Xəbər lenti