Gürcüstanda koronavirusla bağlı son statistika
Gürcüstanda koronavirusa yoluxanların sayı daha 3 nəfər artaraq 914-ə çatıb.
Sabah.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.
Məlumata görə, ümumilikdə ölkədə virusdan sağalanların sayı 768 nəfər, ölənlərin sayı isə 14 nəfərdir. Hazırda karantində 2 744 nəfər saxlanılır.
Daha çox