Rusiyada azərbaycanlı tələbəni qətlə yetirən şəxs həbs edildi

DÜNYA
00:57
23 İyun 2020
561

Rusiyada Azərbaycan vətəndaşı olan tələbəni qətlə yetirən şəxs həbs edilib.

Sabah.az TASS-a istinadən xəbər verir ki, Volqoqradın Mərkəzi Rayon Məhkəməsi şəhərin Tibb Universitetində təhsil alan 17 yaşlı azərbaycanlı Timur Qavrilovun qətlində ittiham edilən Vitali Vasilyevlə bağlı qərar verib. Məhkəmədə onun barəsində barəsində 2 aylıq həbs qərarı çıxarılıb.

Qeyd olunub ki, iyunun 13-də Volqoqradın mərkəzində T.Qavrilovun meyiti aşkar edilib. Məlum olub ki, bədəninin müxtəlif hissələrinə bir neçə bıçaq zərbəsi vurulan tələbə hadisə yerində ölüb.

Xəbər lenti