Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu
Türkiyədə daha bir zəlzələ baş verib.
Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, yeraltı təkanlar Manisanın Qırxağac rayonunda qeydə alınıb.
Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsindən (AFAD) bildirilib ki, yerli vaxtla saat 19:09-da baş verən zəlzələ 5,2 bal gücündə olub.
Ətraf ərazilərdə də hiss edilən zəlzələ nəticəsində dağıntı və itkilərin olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Daha çox