Əşrəf Qani yenidən prezident seçildi
Əfqanıstan Seçki Komissiyası 5 aydır mübahisələrə səbəb olan prezident seçkilərinin nəticələri ilə bağlı yekun qərarını açıqlayıb.
Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, nəticələrə görə hazırkı dövlət başçısı Əşrəf Qani qalib elan edilib. Onun səslərin 50,64 faizini topladığı bildirilir.
Qeyd edək ki, bu ölkədə prezident seçkiləri 2019-cu ilin sentyabr ayında baş tutub.
Daha çox