Putin ilk dəfə məxfi kabinetini göstərdi - Video

DÜNYA
09:37
19 İyun 2020
228
Rusiya Prezidenti Vladimir Putin "Россия 1 " kanalının müxbirlərinə müsahibə verərkən məxfi kabinetini də göstərib.

Sabah.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müsahibə lentə alınan zaman dövlət başçısı çəkiliş heyətini gizli otağına dəvət edib.

"Ancaq sizi xəbərdar edirəm ki, orada heç bir şey (yemək) hazırlamamışam. Buna görə də orada ... işçi mühiti hökm sürür", - deyə Rusiya prezidenti qeyd edib.

O, burada kütləvi toplantı keçirmədiyini bildirib - burada yemək və istirahət otağı yerləşir.

Parlaq rənglərlə işlənmiş otağın divarında imperator I Pyotrın portreti asılıb, iş masasının yanında isə prezidentə hədiyyə edilmiş uşaq rəsmləri və sənətkarlıq nümunələri olub.

Xəbər lenti