Mübariz Mənsimov bu tarixdə məhkəməyə çıxarılacaq

DÜNYA
23:18
17 İyun 2020
106

Hazırda həbsdə olan “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib.

Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək.

Xatırladaq ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

Xəbər lenti