İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olundu

TƏHSİL
18:44
17 İyun 2020
186

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

Sabah.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, 24 və 25 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış olmaq mümkündür. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:

• 9-cu sinif üzrə buraxılış imtahanları;

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərinməzunları üçün qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan*
24.06.2020 25.06.2020
11-ci sinif cari ilin məzunları üçün
buraxılış imtahanı
Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt (II hissə siyahı)
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı
Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron (II hissə siyahı)
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba
Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan
11-ci sinif cari ilin məzunları üçün
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə/Kəpəz
Sabirabad
Qazax
Cəlilabad
Lənkəran
Yevlax
Xüsusi məktəblər (Bakı)*
Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə/Nizami
İmişli
Ağstafa
Masallı
Astara
Bərdə
Biləsuvar
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı
Gəncə/Kəpəz
Sabirabad
Qazax
Cəlilabad (I hissə siyahı)
Lənkəran
Yevlax
Xüsusi məktəblər (Bakı)*
Gəncə/Nizami
İmişli
Ağstafa
Masallı (I hissə siyahı)
Astara
Bərdə (II hissə siyahı)
Biləsuvar
01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin
məzunları üçün qəbul imtahanı
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Yasamal (Bakı)
Xəzər (Bakı)
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
əvvəlki illərin məzunları üçün qəbul imtahanı
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə/Kəpəz
Sabirabad
Qazax
Lənkəran
Yevlax
Xüsusi Məktəblər (Bakı)*

Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə/Nizami
İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar
Azərbaycan dili (dövlət dili) imtahanı –
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
əvvəlki illərin məzunları üçün
Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı
Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba

Xəbər lenti