Gürcüstanda iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandı

DÜNYA
19:14
16 İyun 2020
93

Gürcüstanda koronavirusa son yoluxan 3 nəfərin 2-si Azərbaycan vətəndaşıdır.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə onların müalicə olunduqları Tbilisi Dəniz Xəstəxanasından bildirilib.

Üçüncü şəxs isə Gürcüstan vətəndaşıdır.

Həkimlər hər üç pasiyentin hazırkı durumunu qənaətbəxş kimi qiymətləndirirlər.

Azərbaycan vətəndaşları tranzit nəqliyyat vasitəsilə ilə hərəkət ediblər. Gürcüstan sərhədində onların COVID-19-la bağlı testlərinin cavabı pozitiv olub.

Onlar yük maşını sürücüləridir və 60-a yaxın yaşları var.

Xəbər lenti