Çində avstraliyalı aktyora edam cəzası verildi

DÜNYA
01:46
16 İyun 2020
105

2013-cü ildə Çində ölkəyə qaçaq yolla narkotik keçirmək istəyərkən həbs olunan avstraliyalı keçmiş aktyor Karm Qilepsi ilə bağlı qərar açıqlanıb.

Sabah.az “Haber Global”a istinadən xəbər verir ki, məhkəmə 56 yaşlı sənətçi barəsində edam cəzası verib. Bildirilib ki, o, 10 gün ərzində qərara etiraz edə bilər.

Qeyd olunub ki, K.Qilepsi Quançjou şəhərindəki hava limanında saxlanılan zaman onda 7,5 kiloqram metamfetamin aşkar edilib.

Dostları isə K.Qilepsi ilə bağlı qərara etiraz edərək onun nəinki narkotik, siqaret və içkidən belə istifadə etmədiyini deyiblər. Eyni zamanda Avstraliya höküməti də qərarı etirazla qarşılayıb.

Xəbər lenti