Koronavirus peyvəndinin qiyməti bəlli oldu

DÜNYA
18:57
15 İyun 2020
444

Çinin Uhan şəhərindən yayılaraq dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) peyvəndinin qiyməti bəlli olub.

Sabah.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvəndin qiyməti 2.5 avro (4.80 manat) təşkil edəcək.

İtaliya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.

Qeyd olunub ki, İngiltərənin ən böyük dərman şirkəti olan “AstraZeneca” Oksford Universitetinin alimləri ilə hazırlanan koronavirus peyvəndinin istehsalına başladığını iyunun 5-də açıqlayıb. Peyvəndin effektivliyi tam şəkildə sübut olunmasa da, istehsalın başlanmasına şirkət rəsmisi Paskal Soriot belə aydınlıq gətirib:

“Əgər istehsala indi başlamasaq, peyvəndin effektivliyi sübut olunduqdan sonra tələbatı ödəyə bilmərik”.

Xəbər lenti