Koronavirusa görə Çinin bu şəhərində hərbi vəziyyət elan edildi

DÜNYA
12:43
15 İyun 2020
113

Çinin Baodin şəhərində koronavirus pandemiyası səbəbindən hərbi vəziyyət tətbiq edilib.

Sabah.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin saytında məlumat verilib.

Bildirilib ki, Baodində kənd təsərrüfatı məhsullarının topdan satış bazarında koronavirus aşkarlandığından bu ərazidə hərbi vəziyyətin sürətlə tətbiq olunduğu və müharibə vaxtı mexanizminin işə salındığı elan olunub.

Qeyd edək ki, Baodin şəhərinin əhalisinin sayı 11 milyondan çoxdur və paytaxt Pekindən 147 kilometr aralıqda yerləşir.

Xəbər lenti