İnformatika üzrə fənn olimpiadasının final turunun vaxtı açıqlandı

TƏHSİL
18:22
13 İyun 2020
81

İyunun 17-də Respublika fənn olimpiadalarının informatika fənni üzrə final turu keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, final mərhələsi Bakı Mühəndislik Universitetində təşkil ediləcək. Olimpiada saat 10:00-da başlayacaq. İştirakçıların saat 09:00-da BMU-da olmaları xahiş olunub.

Final turunda 74 şagirdin iştirakı gözlənilir.

Xəbər lenti