Nazirlikdən yeni çap olunacaq dərsliklər barədə açıqlama

TƏHSİL
23:43
12 İyun 2020
125

2019-2020-ci tədris ilində 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib. Dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

Sabah.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI siniflərinə ümumilikdə 339 adda 7233214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulub. Onlardan 260 adda 6912174 nüsxəni dərsliklər, 79 adda 321040 nüsxəni isə metodik vəsaitlər təşkil edir. Bu kağız dərsliklər əsasında 48 adda yeni elektron dərsliyin hazırlanması, 46 adda mövcud elektron dərsliyin isə təkmilləşdirilmiş kağız dərsliklərə uyğunlaşdırılması həyata keçiriləcək.

Bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185699 nüsxə dərsliyin çap edilməsi nəzərdə tutulub.

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

Xəbər lenti