Türkiyədə İŞİD-in cəlladı saxlanıldı - Foto

DÜNYA
01:56
18 Fevral 2020
98

Türkiyədə İŞİD terror təşkilatının “Əbu Taki Əl Şahmy” kod adlı “komandiri” saxlanılıb.

Sabah.az türk mətbuatına istinadən xəbər verir ki, o, Bursa Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində tutulub.

Bildirilir ki, Suriya vətəndaşı olan 50 yaşlı terrorçu Y.A.A Bursanın İnegöl rayonunda qaz avadanlıqlarının təmirçisi kimi çalışaraq normal həyat yaşayırmış.

Qeyd olunub ki, Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində  "komandir" olaraq fəaliyyət göstərmiş “Əbu Taki Əl Şahmy” İŞİD-in cəlladı olub. O, edam etdiyi adamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.