Əfqanıstanda “narkoman ovu” - 9 nəfər güllələnib

DÜNYA
00:57
18 Fevral 2020
62

Əfqanıstanda naməlum şəxslər narkotik aludəçilərini güllələməyə başlayıb.

Sabah.az NTV-yə istinadən xəbər verir ki, onların əsas hədəfi evsiz olan və küçədə səfil həyatı yaşayan narkomanlardır.

Yerli polisin məlumatına görə, indiyə qədər 9 nəfər odlu silahla vurularaq öldürülüb. Onların yuxuda olarkən qətlə yetirildiyi bildirilib. Hadisələrlə bağlı araşdırmalar başlanılıb.

Qeyd olunub ki, 35 milyon əhalisi olan Əfqanıstanda 2 milyon 500 min nəfər narkotik aludəçisi var. Onlardan 20 min nəfərin isə küçələrdə gecələdiyi deyilir.

Xəbər lenti