Qazaxıstan Prezidentinin mətbuat katibində koronavirus aşkarlandı

DÜNYA
20:55
6 İyun 2020
124

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Kurmanqali koronavirusa yoluxub.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə B.Kurmanqali “Facebook”da məlumat yayıb. O bildirib ki, COVID-19 testi müsbət çıxıb:

“Əziz dostlar! Təəssüf ki, bütün tədbirlərə baxmayaraq, koronavirusla bağlı testimin müsbət nəticə verdiyini bildirmək məcburiyyətindəyəm. Hazırda həkimlərin nəzarəti altında xəstəxanadayam".

Səhhətinin qənaətbəxş olduğunu deyən B.Kurmanqali Prezident Kasım-Jomart Tokayevlə bağlı da açıqlama verib:

"Dərhal demək istəyirəm ki, Prezident Kasım-Jomart Tokayev qrafikə uyğun olaraq işləməyə davam edir, heç bir şey onun sağlamlığına təhlükə yaratmır. Dövlət başçısı mütəmadi olaraq testdən keçirilir”.

Mənbədə bildirilib ki, Qazaxıstanda bu günə qədər 12,5 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb, onlardan 53-ü ölüb.

Xəbər lenti