Bakıdan Kiyevə birbaşa uçuş həyata keçiriləcək

TURİZM
22:24
5 İyun 2020
161

Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, uçuş iyunun 13-də Bakı vaxtı ilə saat 21:20-də Ukraynanın “SkyUp Airlines” aviaşirkəti tərəfindən həyata kleçiriləcək. Bu reyslə əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşları ölkələrinə təxliyə olunacaq.

Qeyd edək ki, koronavirus səbəbindən hazırda Azərbaycan hava limanları sərnişindaşıma üçün bağlıdır.

Xəbər lenti