Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Sabah.az "Arminfo"ya istinadən xəbər verir ki, etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.
Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.
Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır.
Daha çox